Qəzzadakı toqquşmalarda 40 fələstinli yaralanıb

Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 40 fələstinli xəsarət alıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib.

Onun sözlərinə görə, onlardan üçünün vəziyyəti ağırdır. Xatırladaq ki, “Böyük Qayıdış Yürüşü” adı ilə 7 ay əvvəl başlayan və minlərlə fələstinlinin iştirak etdiyi silsilə etiraz aksiyaları cümə günləri daha geniş vüsət alır.

Bütün xəbərlər Facebook səhifəmizdə