723 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub Türkiyədə

Türkiyə hökuməti terror təşkilatlarına qarşı mübarizədə fəaliyyətini genişləndirib. SİA xəbər verir ki, bu barədə daxili işlər naziri Süleyman Soylu Türkiyə Böyük Millət Məclisində məlumat verib.

Nazir bildirib ki, əlavə inşa olunan 111 polis təhlükəsizlik-yoxlama məntəqəsi istifadəyə veriləndən sonra bu təyinatlı xidmət yerinin sayı 253-ə çatacaq. Nazir qeyd edib ki, PKK, İŞID və FETÖ terror təşkilatlarına qarşı paralel olaraq mübarizə aparılır. Təkcə bu il PKK-ya qarşı 87 min 838 antiterror əməliyyatı həyata keçirilib və nəticədə 1289 terrorçu zərərsizləşdirilib.

Ötən ilin ilk günlərindən bu vaxtadək ümumilikdə 723 terrorçu təslim olub. Terror təşkilatlarının güc tətbiq etməklə öz sıralarına qatdıqları dinc vətəndaşların normal həyata qayıtması üçün də əhəmiyyətli addımlar atılıb. Belə ki, məhz ailələri ilə aparılan danışıqlar sayəsində son 22 ayda 282 terrorçu könüllü olaraq təhlükəsizlik qüvvələrinə təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə