Meşə yanğınında qurbanların sayı 66-ya çatdı

Son açıqlanan məlumatlara görə, Kaliforniyada meşə yanğınları nəticəsində öllənlərin sayı 66 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, daha 7 nəfərin cəsədi ştatın şimal hissəsində tapılıb.

Ölənlərdən yalnız 53 nəfərin kimliyi müəyyən edilib. Son 24 saat müddətində 3 nəfərin cəsədi 24 min əhalisi olan Paradis şəhərində tapılıb. Hansı ki, şəhər hadisə nəticəsində tamamilə dağlılıb. Daha 3 cəsəd Maqaliya, bir cəsəd isə Konkouda tapılıb.

Məlumata görə, 631 nəfərin axtarışları davam ediir. 52 mindən artıq insan isə hadisə ərazisindən təxliyə edilib.

Qeyd edəj ki, Kaliforniyada meşə yanğınları noyabrın 8-dən başlayıb və ştatın tarixinə ən ölümcül hadisə kimi düşüb. Hadisə nəticəsində 8500 bina yanıb. Yanğının yalnız 40 faizini lokallaşdırmaq mümkün olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə