ABŞ-da 18,5 ton kokain müsadirə edildi

ABŞ-ın Sahil Mühafizə Xidməti Meksika sahilləri yaxınlığında Sakit Okeanın neytral sularında 18,5 ton kokain müsadirə edib. SİA Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, ekipajları qaçaqmalçılıqda ittiham olunan 15 gəmi saxlanılıb. Gəmilərin yükü Florida ştatının Fort-Loderdeyl limanına aparılıb. Müsadirə edilən kokainin dəyəri 500 milyon dollar həcmində qiymətləndirilir.

“Biz təhlükəsizliyimizə və sabitliyimizə təhdid törədən qanunsuz ticarətin qarşısının alınması üçün imkanlarımızı və digər dövlətlərlə əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik”, - deyə Sahil Mühafizə Xidmətinin nümayəndəsi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə