Almaniyada iki avtobus toqquşub, 40 nəfər yaralanıb

Almaniyanın Bavariya federal torpağında yerləşən Ammerndorf kommunasında iki avtobus toqquşub. Bayerischer Rundfunk teleradiosunun yaydığı məlumata görə, qəza nəticəsində azı 40 nəfər, o cümlədən çox sayda uşaq yaralanıb. Onlardan 5-nin vəziyyəti ağırdır. Dörd nəfəri avtobusdan çıxarmaq üçün ağır texnika lazım gəlib.

Hadisənin baş verdiyi əraziyə 3 xilasetmə helikopteri və təcili tibbi yardım maşınları cəlb olunub. Qəzanın səbəbləri hələlik məlum deyil. Yolun bu hissəsində avtomobillərin hərəkəti müvəqqəti dayandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə