Putin: "Trampla neftin qiymətini müzakirə etdim"

“Parisdə olan zaman Donald Trampla neftin qiymətini müzakirə etdim. Bir barelin qiymətinin 70 dollar olması Rusiya üçün əlverişlidir". SİA xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Sinqapura səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Rusiya prezidenti Parisə səfəri zamanı neftin qiyməti ilə bağlı ABŞ prezidenti ilə fikir mübadiləsi apardığını bildirib.

Neftin münasib qiymətinin miqdarına gəldikdə Putin bildirib ki, bu, istehsalçı və istehlakçıların hər ikisi üçün əlverişli olmalıdır. O Rusiya büdcəsində bir barelin 40 dollardan əsas olaraq götürülməsinə baxmayaraq, Rusiya üçün neftin əlverişli qiymətinin 70 dollardan ibarət olduğunu diqqətə çatdırıb.

“Bu fərq bizə iqtisadi baxımdan təhlükəsizlikdə olmaq xatircəmliyini verir. Bu fərq bizə iş baxımından yaxşı nəticələri əldə etmək üçün sabitlik və sakitlik verir. Bu məsələ iqtisadiyyata müsbət təsirini bağışlayır. Bu ildə də bizim büdcəmizdə mədaxilin artımı gözlənilir”-deyə, Rusiya prezidenti neftin qiymətinin stabil qalması üçün OPEC-lə əməkdaşlığı davam etdirəcəklərini bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə