Sarkisyanın cangüdəni həbs olundu

Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs olunub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan mətbuata açıqlamasında bildirib.

Ermənistan baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Arevik Xaçatryan isə bəyan edib ki, Kassasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib.

Qeyd edək ki, Kazaryan gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə