Suriya-Türkiyə sərhədi yaxınlığında partlayış olub

Suriya-Türkiyə sərhədi yaxınlığında, Cerablus şəhərində partlayış törədilib. “RİA Novosti” xəbər verir ki, bu barədə qərargahı Dəməşqdə yerləşən Suriya İnsan Hüquqları Şəbəkəsinin rəhbəri Əhməd Kazım məlumat verib. Onun sözlərinə görə, partladıcı qurğu quraşdırılmış avtomobil partladılıb. Nəticədə 1 nəfər ölüb, 24 nəfər xəsarət alıb.

Qeyd edək ki, Cerablus qanunsuz hərbi birləşmələrin və “Cəbhət ən-Nüsrə” terror təşkilatının nəzarətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə