ABŞ Rusiyanın keçmiş hərbi bazasında aerodrom inşa edəcək

ABŞ Gürcüstanın Tbilisi yaxınlığındakı Vaziani hərbi bazasının ərazisində hərbi aerodrom inşa edəcək. SİA xəbər verir ki, bu məsələ Tbilisidə səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının rəhbəri general Stefen Lyonsun Gürcüstanın Baş naziri Mamuka Baxtadze ilə görüşündə müzakirə olunub.

Gürcüstan Baş nazirinin dəftərxanasından bildiriblər ki, görüşdə ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, Gürcüstanın müdafiə qabiliyyətinin artırılması məqsədilə hazırlanan layihələrə Birləşmiş Ştatlar tərəfindən müvafiq dəstəyin göstərilməsi və s. məsələlər diqqət mərkəzində olub.

Görüşdə Vazianidə hərbi aerodromun tikintisi xüsusi müzakirə mövzusu olub. Bildirilib ki, bu obyektin tikintisi Gürcüstana regionda sabitliyin qarantı kimi NATO-ya üzv ölkələrin hərbçilərini qəbul etmək imkanı verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...