Somalidə ölənlərin sayı 53 nəfərə çatdı 100 nəfər yaralı

Somalinin paytaxtı Moqadişoda partlayışla törədilən terror hadisəsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb. 100 nəfər insan isə müxtəlif hospitallara göndərilib. SİA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirliyinin krizis mərkəzi departamentindən məlumat verilib.

Daha öncə isə 50 nəfərin öldüyü, 58 nəfərin isə yaralandığı barədə məlumat verilmişdi.

Xatırladaq ki, noyabrın 9-da terrorçular Sahafi Hotelin qarşısında özlərini partladıblar.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə