Meşə yanğınından ölənlərin sayı 29-a çatıb

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb, 228 nəfər isə itkin düşüb. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir. Bundan əvvəl 23 nəfərin öldüyü deyilirdi.

Məlumata görə, hadisə nəticəsində 6.4 min ev dağılıb, 25 min ev isə təhlükə altındadır. Yanğın 45 min hektar ərazini əhatə edib. Yanğının 25 faizinin lokallaşdırıldığı açıqlanıb. 3.5 min insan müxtəlif sığınacaqlara yerləşdirilib.

Qeyd edək ki, Kaliforniyada meşə yanğınları ötən həftənin cümə axşamı günündən başlayıb və ştatın tarixinə ən dağıdıcı yanğın kimi daxil olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə