Suriyanın bərpasında 400 xarici şirkət iştirak edəcək

Suriyadakı infrastrukturun bərpası üçün təxminən 400 xarici şirkət yaxın vaxtlarda işə başlayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Suriya xarici işlər nazirinin müavini Ayman Susan bildirib.

Susan müsahibəsində söyləyib ki, SAR hökumətinin tapşırıqlarına əsasən, Suriyalı şirkətlərə yenidənqurma işinin prioritetinin verilməli və iş adamları ölkəyə qayıtmalıdır. Diplomat ölkənin yenidən qurulmasına sərmayə qoymağa hazır olan Misir də daxil olmaqla xaricdən gələn bir neçə Suriya işgüzar nümayəndə heyətinin səfərləri barədə məlumat verib.

Susan keçən ilin sentyabr ayında Xarici İşlər Nazirliyi nəzdində yaradılmış iqtisadi bərpa ofisinin bir neçə min istək aldığını, bunların 400-i ilə artıq işlənildiyini söyləyib: "Bunlar dünyanın müxtəlif bölgələrindən, o cümlədən Rusiya, Çin, Hindistan və Suriyalı mühacirlərdir, hansı ki onlar Suriyanın bərpası mövzusunda çalışmaq istədiklərini və bu işin tezliklə başlayacaqlarını bildiriblər".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə