ŞOK: İllərin polkovniki rus casusu çıxdı!

Avstriya 10 illərlə Rusiyaya agentlik edən polkovniki tutub. Xarici işlər nazirinin Moskva səfərini ləğv edən Vyana rəhbərliyi Rusiyadan açıqlama istəyib. AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Avropa və Rusiya arasında yeni böhran yaşanıb. Avstriya, 10 illərdir Rusiya üçün casusluq edən polkovniki tutub.

Baş nazir Sebastian Kurz, 1990-cı illərdən bəri Moskva üçün işləyən həmin polkovnik üçün Rusiyadan açıqlama istəyib. Vyana rəhbərliyi isə xarici işlər nazirinin Moskva səfərini ləğv edib. Baş nazir Kurzun dediklərinə görə, hadisə Avropa Birliyi ilə Rusiyanın əlaqələrinə təsir edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə