Lavrovdan açıqlama: "İŞİD Rusiyaya yaxınlaşır"

İŞİD terror təşkilatı Mərkəzi Asiyada Əfqanıstanı özünün terror əməllərinin platsdarmına çevirmək istəyir. Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“İŞİD terror dəstələrinin xarici sponsorların dəstəyi olmadan Mərkəzi Asiyaya ekspansiyası başlayıb. Onlar Əfqanıstanın timsalında bizim də daxil olduğumuz geniş regionda platsdarm yaratmaq istəyirlər”, – deyə nazir Moskvada Əfqanıstanla bağlı keçirilən açıq iclasda bildirib. Əlavə edib ki, Rusiya bu planların qarşısını almaqda əfqanlara kömək etməyə hazırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə