XİN rəhbəri müsəlman qadınları təbrik edib

Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu, aralıq seçkilərində ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilən müsəlman qadınları təbrik edib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Çavuşoğlu "Twitter" hesabında qadınları belə təbrik edib:

"İlhan Öman və Raşidə Tlaibi ABŞ Konqresinin Nümayəndələr Palatasına seçilmələri münasibətilə təbrik edirəm. Bu, ABŞ-ın müsəlmanları üçün böyük bir müvəffəqiyyətdir".

Qeyd edək ki, ilkin olaraq Rəşidə Tlaibin qələbəsi haqqında məlum verilib. O, ABŞ Konqresinin tarixinə ilk müsəlman qadın olaraq düşüb. Rəşidə Tlaib Fələstin əsilli amerikalı siyasətçi və vəkildir. Qələbəsini şərh edən Rəşidə, "ABŞ Konqresində İslamı ləyaqətlə təmsil etməyə hazır olduğunu" söyləyib.

Eyni zamanda İlhan Öman isə ABŞ Konqresinin aşağı palatasına seçilən ilk hicablı müsəlman qadın olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə