Kaliforniyada bara silahlı hücum - 11 yaralı

Noyabrın 7-də axşam saatlarında ABŞ-ın Tayzend-Ouks şəhərində (Kaliforniya ştatı) naməlum şəxs bara girərək oradakı insanlara atəş açıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində azı 11 nəfər yaralanıb. Həmçinin həlak olanlar barədə xəbərlər yayılsa da, onların sayı açıqlanmır. Yerli KİV-lər naməlum şəxsin minimum 30 atəş açdığını bildirirlər.

Polis insanları həmin ərazidən uzaq durmağı tövsiyə edib. Hazırda insidentin baş verdiyi ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər işləyir. Hücum edən şəxs hadisə yerindən qaçıb, onun axtarışları davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə