Amerikalı milyarder, iş adamı Corc Sorosun Nyu-Yorkun Westchester səmtindəki evinin poçt qutusundan içərisində partlayıcı maddə olan paket tapılıb. Xarici mətbuata istinadən SİA-nın verdiyi məlumata görə, rəngli inqilabların sponsoru kimi tanınan Soros demokratlara verdiyi dəstəyə görə sağ radikal qrupların hədəfinə çevrilib.

Soros evdə olmadığı zaman aşkarlanan partlayıcı maddə əvvəlcə evin xidmətçisi tərəfindən aşkar edilib və o həmin bağlamanı evdən çıxararaq həyətdəki boş əraziyə aparıb, sonra bomba təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.

Hadisə ilə bağlı Federal Təhqiqatlar Bürosu araşdırmalara başlayıb. Corc Sorosa qarşı mümkün sui-qəsd ehtimalının kimlər tərəfindən planlaşdırıldığı hələlik məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə