Tramp: "Honduras, Qvatemala və Salvadora yardım dayandırılacaq"

ABŞ Mərkəzi Amerika regionunun Honduras, Qvatemala və Salvador kimi yoxsul ölkələrinə yardımı məhdudlaşdıracaq və ya dayandıracaq. Bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də yazıb.

"Qvatemala, Honduras və Salvador ölkələrini tərk edən və ABŞ-a qeyri-qanuni yolla gələn insanların qarşısını ala bilməyib. İndi biz onlara, adətən, göstərdiyimiz yardımı dayandıracaq və ya əhəmiyyətli dərəcədə azaldacağıq", - Prezidentin bəyanatında deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...