Prezidentlər Qaşıqçı işini müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Donald Tramp öldürülən müxalifətçi jurnalist Camal Qaşıqçı işini müzakirə ediblər. SİA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.

Hər iki ölkə başçısı telefon söhbəti zamanı jurnalist ilə bağlı hadisəyə aydınlıq gətirilməsinin zəruri olması fikri ilə razılaşıblar. Həmçinin qeyd olunur ki, Ərdoğan və Tramp amerikalı keşiş Endryu Bransonun azad olunması məsələsinə də toxunublar.

Söhbət zamanı Suriyanın İdlib əyaləti ilə bağlı razılaşma və Mənbic üzrə yol xəritəsinin reallaşdırılmasının vacibliyi vurğulanıb. Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...