Ərdoğan: "Biz Qaşıqçı məsələsində qərarlıyıq"

"Biz Qaşıqçı məsələsində qərarlıyıq, bunu üzə çıxaracağıq." Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bu məsələ ilə bağlı açıqlamalarımı çərşənbə axşamı keçirilməsi nəzərdə tutulan toplantıda səsləndirəcəyəm. Bütün həqiqətlər çılpaqlığı ilə ortaya çıxacaq. Bunları həmin gün fərqli şəkildə anladacağam", - Ərdoğan bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə