Anita Soy xəstəxanaya yerləşdirilib

Rusiyalı müğənni Anita Soy Krasnodar vilayətində xəstəxanaya yerləşdirilib. Bu barədə aktrisa özü "Instagram" səhifəsində yazıb.

"Çox təəssüf ki, Ufa, Naberejnıe Çelnı, Samara və Kazandakı konsertlərin vaxtı dəyişdiriləcək. Mən üzr istəyirəm. Xəstəxanaya düşmüşəm", — deyə Soy vertolyotun göyərtəsindən pərəstişkarlarına müraciət edib.

Müğənninin sözlərinə görə, hazırda o, təcili olaraq Krasnodarın Staroşerbinovskaya kəndindən Moskvaya aparılır. Aktrisa bel nahiyəsində kəskin ağrıların olmasından şikayətlənir. Həkimlər güman edirlər ki, bu, orqanizmdə soyuqdəymə prosesinin nəticəsi ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə