Pakistanda iki avtobusun toqquşub, 19 nəfər ölüb

Pakistanın Pəncab əyalətində iki avtobusun toqquşması nəticəsində azı 19 nəfər ölüb və 35 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "Geo TV" telekanalı məlumat yayıb.

Bidirilir ki, reys avtobusu Multan - Dera-Qazi-Xan marşrutu ilə (Pəncab əyalətinin iki böyük yaşayış məntəqəsi) hərkət edirmiş. Nəqliyyat vasitəsində 70 sərnişin olub. Avtobus təyinat məntəqəsinə çatan zaman digər sərnişin daşıyan nəqliyyat vasitəsi ilə toqquşub. İkinci avtobusda zərərçəkənlərin olub-olmaması barədə məlumat yoxdur.

Bundan əvvəl Tayvanda qatarın aşması nəticəsində 22 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə