Suriyaya 24 saat ərzində 140-dan çox qaçqın qayıdıb

Son 24 saat ərzində Suriyaya 140 nəfərdən çox qaçqın qayıdıb. SİA-nın xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin saytında dərc olunan Qaçqınların qəbulu və yerləşdirilməsi mərkəzinin bülletenində qeyd olunub. Məlumata görə, ötən gün ərzində Suriya Ərəb Respublikasına müxtəlif xarici dövlətlərin ərazisindən 148 nəfər, Livandan isə 129 qaçqın olan Jaydet Yabus və Tell-Kalah keçid məntəqələrindən qayıdıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə