Bolton Moskva səfərinin məqsədini açıqlayıb

"ABŞ və Rusiya prezidentlərinin Helsinkidə başlatdığı dialoqu davam etdirmək üçün Moskvaya yola düşürəm." Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.

O bildirib ki, Moskvada bu ölkənin Xarici İşlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə görüşcək. Qeyd edək ki, Bolton 22-23 oktyabr tarixlərində Moskvada səfərdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə