Hindistanda qatar izdihama çırpılıb, 30 nəfər ölüb (TƏCİLİ)

Hindistanın şimal-qərbində yerləşən Pəncab əyalətinin Amritsar şəhəri yaxınlığında qatarın dini bayramda iştirak edən insanlara çırpılması nəticəsində azı 30 nəfər həlak olub. TASS informasiya agentliyi xəbər verir ki, müxtəlif məlumatlara görə, həlak olanlar 50 nəfərdən çoxdur və onların sayının 100-ü keçməsi istisna olunmur.

Qəzanın baş verdiyi vaxt dəmiryol xətlərinin üzərində 500-700 insanın olduğu bildirilir. Onlar “Ramayana” eposunun qəhrəmanlarından biri - Ravananın müqəvvasının yandırılması mərasimini izləyirmiş.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...