Donald Tramp: "Bunun nəticələri ağır olacaq"

"Belə görünür ki, Camal Qaşıqçı öldürülüb. Bunun nəticələri ağır olacaq." Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezident Donald Tramp deyib. Yaranmış situasiyanın pis olduğunu vurğulayan ABŞ prezidenti istintaqın nəticələrini gözlədiyini bildirib.

Qeyd edək ki, Associated Press agentliyinin və bir sıra digər KİV-lərin məlumatına görə, jurnalist diplomatik missiyanın binasında öldürülüb və Türkiyə polisinin əlində bunu təsdiqləyən dəlilər var. Ər-Riyad isə Qaşıqçının konsulluqda öldürüldüyünü hələ də təkzib edir.

Hazırda Türkiyə tərəfi istintaq tədbirlərini həm diplomatik nümayəndəlikdə, həm də daha üç bölgədə, o cümlədən İstanbuldakı Belqrad meşəsində və Yalova vilayətində davam etdirir. Bu rayonlarda araşdırma aparılması qərarı konsulluğun avtomobillərinin hərəkəti haqqında məlumatlar əsasında qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...