ABŞ koalisiyası Suriyada dinc əhalini bombalayıb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-ər-Zor şəhərində dinc əhalini bombalayıb. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Suriyadan olan hərbi mənbə deyib. Zərbənin Əs-Susa kəndinə endirildiyi qeyd olunur.

"Bəli, bu gün belə bir hadisə baş verib, koalisiya aviasiyası daima günahsız insanların evlərini bombalamaqla İŞİD-ə kömək edir", – deyə mənbə əlavə edib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Bütün xəbərlər Facebook səhifəmizdə