Qaqauzlardan Ərdoğanı kövrəldən hədiyyə

Moldova səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla birlikdə Qaqauziya Muxtar Respublikasının paytaxtı Komrat şəhərini ziyarət edib.

Axar.az xəbər verir ki, Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyətini Qaqauziya lideri İrina Vlax qarşılayıb.

Ərdoğan burada qaqauz rəsmilərlə görüşüb, mədəniyyət evinin açılışında və mətbuat konfransında iştirak edib.

Qaqauziya rəhbəri İrina Vlax Ərdoğana mərhum anası Tənzilə Ərdoğanla birlikdə təsvir edildiyi tablo hədiyyə edib. Ərdoğanın anası ilə birlikdə təsvir olunduğu tablonu gördükdə kövrəldiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə