Zukerberq vəzifəsini itirə bilər

"Facebook" təsisçisi Mark Zukerberg şirkət sərmayəçilərinin təşəbbüsü ilə idarə heyətinin sədri vəzifəsindən uzaqlaşdırıla bilər. "The Wall Street Journal" qəzetinin xəbərinə görə, "Facebook" səhmlərinin sahibi olan investisiya fondları daha əvvəl də bildirmişdilər ki, bir sıra problemlər və skandallar səbəbiylə o işdən ayrılmaq məcburiyyətindədir.

SİA-nın "Layf"a istinadən verdiyi xəbərə görə, 2019-cu ilin mayında ümumi səsvemə keçiriləcək, Zukerberqin istefası məsələsi müzakirəyə çıxarılacaq.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə