Türkiyə polisi jurnalistin cəsədini tapmaq üçün hərəkətə keçib

Türkiyə polisi jurnalist Camal Kaşıkçının cəsədini tapmaq üçün İstanbulun Belqrad meşəsi və Yalova əyalətində yerləşən bağ evində araşdırmalar aparacaq. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları yalnız Səudiyyə Ərəbistanı diplomatik missiyasına aid 26 avtomobili yox, konsulluq ərazisindəki müşahidə kameralarına düşən və diplomatik nömrələri olmayan avtomobilləri də yoxlayıblar. Məlumata əsasən, avtomobillərin bəziləri izləri itirmək məqsədilə konsulluq binasından çıxır, İstanbulda müxtəlif marşrutlar üzrə hərəkət etdikdən sonra sonra geri dönür.

İddiaya görə, avtomobillərdən birinin Yalovadakı bağ evinə, digərinin isə Belqrad meşəsinə getdiyi müəyyən edilib.

Polis Kaşıkçının cəsədinin tapılması üçün bütün bölgədə axtarış aparır. Bölgədə qazıntı işlərinin aparılacağı güman edilir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə