"Türkiyə Suriya məsələsində geri çəkilməyəcəyini sübut etdi"

"Türkiyə müxtəlif diplomatik addımlarla və hərbi manevrlərlə Suriya məsələsində geri çəkilməyəcəyini sübut etdi." Axar.az xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.

“ABŞ Prezidenti Donald Tramp tərəfindən BMT-də Suriya ilə bağlı müəyyən edilən ana hədəfimizdə türklər bizimlə həmfikir olduğunu bildirdi. Burada İranın Suriyadan tamamilə geri çəkilməsi, silahlı münaqişənin zəiflədilməsi, siyasi prosesi yenidən canlandırmaq məsələləri yer alır. Tehran sammitində Rusiya və İranın əleyhinə olaraq, Türkiyə öz addımlarında qətiyyətli olduğunu bir daha vurğuladı”, - deyə diplomat bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...