Çingiz Aydarbekov Qırğızıstanın xarici işlər naziri oldu

Çingiz Aydarbekov Qırğızıstanın xarici işlər naziri təyin edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Qırğızıstan Prezidenti fərman imzalayıb. Bundan əvvəl Ç.Aydarbekov Qırğızıstanın Yaponiyadakı səfiri işləyib.

Yeni nazirin 41 yaşı var, əmək fəaliyyətinə 1998-ci ildə Qırğızıstanın Xarici İşlər Nazirliyində başlayıb. Nazirlikdə və Qırğızıstan parlamentində məsul vəzifələrdə çalışıb, 2016-cı il aprelin 18-dən Yaponiyada işləyib.

Xatırladırıq ki, Qırğızıstanın sabiq xarici işlər naziri Erlan Abdıldaev bu il oktyabrın 12-də istefa vermişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə