ABŞ Somalidə 60-dək terrorçunu məhv edib

Somalidə ABŞ hərbçilərinin endirdiyi hava zərbəsi nəticəsində “Əş-Şəbab” terrorçu qruplaşmasının 60-dək yaraqlısı məhv edilib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ-ın Afrika komandanlığı əməliyyatın oktyabrın 12-də keçirildiyini açıqlayıb.

Məlumata görə, mülki şəxslər arasında zərərçəkən olmayıb. Xatırladaq ki, ötən ilin noyabr ayında Somalidə ABŞ Hərbi Hava Qüvvələrinin bir hava zərbəsi nəticəsində 100-ə yaxın terrorçu məhv edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə