Türkiyə: "ABŞ terrorçulara çox böyük dəstək verdi"

"Menbiçdən terrorçuların təmizlənməsi kifayət deyil." Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.

“Terrorçuların təkcə Menbiçdən deyil, Fəratın şərqindən də təmizlənməsi lazımdır. ABŞ-ın öhdəliyi bu terrorçuları təmizləməkdir. ABŞ terrorçulara çox böyük dəstək verdi. Pompeo ilə ikitərəfli problemlər barədə danışacağıq. Menbiç barədə ABŞ-da hər hansı bir axsama hiss etsək, əvvəlki vəziyyətə qayıdarıq. Ya siz təmizləyin, ya da biz təmizləyərik”, - Çavuşoğlu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə