Bəşər Əsəd: "Terrora qarşı əldə edilən qələbələr birgə qələbədir"

“İraq və Suriyada terrora qarşı əldə edilən qələbələr birgə qələbədir. Çünki iki ölkənin meydanı eynidir. Orada iki ölkənin qəhrəmanlarının qanları bir-birinə qarışıb”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu Suriya prezidenti Bəşər Əsəd İraqın xarici işlər naziri İbrahim əl-Cəfərini Dəməşqdə qəbul edərkən deyib.

Xarici güclərin təzyiqlərinə və iki ölkədə yaradılan təhlükəli vəziyyətə baxmayaraq, İraqla Suriya əlaqələrinin sarsılmadığını deyən Bəşər Əsəd bundan sonra bu əlaqələrin siyasi həm də xalq müstəvisində daha da yaxşılaşacağını deyib.

Qeyd edək ki, İraq XİN rəhəri Suriyalı həmkarı Vəlid əl-Müəllimin dəvəti ilə Dəməşqə rəsmi səfərə gəlib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...