İranın kəşfiyyat xidmətinin əməkdaşları Kermanşah əyalətində terror qruplaşmasını zərərsizləşdiriblər.

Trend-in məlumatına görə, bu barədə İranın kəşfiyyat nazirliyindən bildiriblər. Qeyd edilir ki, terror qruplaşmasına qarşı keçirilən əməliyyat zamanı 2 terrorçu məhv edilib. Terrorçulardan bir neçə silah, qumbara və sənədlər götürülüb. Bildirilir ki, terrorçular ölkəyə qərb sərhədlərindən daxil olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə