8 min 458 əcnəbiyə vətəndaşlıq verilib Gürcüstanda

Son iki ildə Gürcüstanda 8 min 458 əcnəbiyə vətəndaşlıq verilib. Onların arasında azərbaycanlılar yoxdur. SİA xəbər verir ki, bu barədə “Batumelebi” jurnalı Gürcüstanın Ədliyyə Nazirliyinə istinadla məlumat yayıb.

Jurnal rəsmi məktub əsasında nazirlikdən son illərdə Gürcüstanda vətəndaşlıq alan və ya müvəqqəti olaraq bu ölkədə yaşayan xaricilərin siyahısını əldə edib.

Rəsmi məlumata əsasən, son iki ildə 6527 nəfər Rusiya, 393 nəfər Yunanıstan, 315 nəfər İsrail, 274 nəfər ABŞ, 209 nəfər Ermənistan və 83 nəfər Türkiyə vətəndaşı Gürcüstanda vətəndaşlıq alıb. Qalanları isə digər ölkələrin vətəndaşlarıdır.

Gürcüstandan vətəndaşlıq alan əcnəbilər arasında azərbaycanlı yoxdur.

Jurnalın məlumatına görə, 2004-2011-ci illər ərzində Gürcüstan Prezidenti 25 min 314 nəfər xariciyə vətəndaşlıq verib. Onların böyük əksəriyyəti keçmiş Gürcüstan vətəndaşları olub və onlar vətəndaşlıq statuslarını bərpa ediblər.

Son 8 ildə isə 33 min 772 nəfər əcnəbi Gürcüstan vətəndaşlığını əldə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə