Çuvaş Respublikasında dəhşətli yol qəzası: 11 nəfər ölüb

Çuvaş Respublikasında avtobus və yük maşınının iştirakı ilə baş verən yol qəzasında 11 nəfər ölüb, daha 19-u yaralanıb. Bu barədə region rəhbərinin mətbuat xidmətinə istinadən RİA "Novosti" məlumat yayıb.

"Yük maşını və Kanaşdan Moskvaya gedən "Fiat" markalı sərnişin mikroavtobusu toqquşub", — deyə "İnterfax" Daxili İşlər Nazirliyinin (DİN) məlumatını sitat gətirib. Qəza Bakı vaxtı ilə təqribən 20:10-da respublikanın Çeboksar rayonunda baş verib.

DİN-in məlumatına görə, qəzaya yük maşınının qarşı zolağa çıxması səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə