Böyük Britaniya jurnalistə görə Səudiyyə Ərəbistanına xəbərdarlıq edib

"Jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı ehtimallar özünü doğrultsa, Ər Riyad ciddi problemlərlə üzləşməli olacaq". “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu “France Press”ə Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant bildirib.

“Hətta özlərini çoxdandır Səudiyyə Ərəbistanının dostu hesab edənlər də bunun çox ciddi məsələ olduğunu deyirlər. Bu iddialar doğru çıxsa, nəticələr çox ciddi olacaq, çünki dostluq və tərəfdaşlığımız müştərək dəyərlərə söykənir”, - nazir vurğulayıb.

Qeyd edək ki, tanınmış müxalifətçi ərəb jurnalist, “Vaşinqton Post” qəzetinin müxbiri C.Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna gedib və itkin düşüb.

C.Qaşıqçının nişanlısı bildirib ki, həmin gün jurnalist konsulluq əməkdaşları tərəfindən sənədlərini düzəltmək üçün ora dəvət edilmişdi: "O, konsulluğa daxil oldu, məni isə buraxmadılar. Beş saat qapıda gözlədikdən sonra işçilərdən biri Qaşıqçının artıq çıxıb getdiyini bildirdi".

Bütün xəbərlər Facebook səhifəmizdə