Misirdə 17 nəfər barəsində ölüm hökmü çıxarılıb

Misirin İsgəndəriyyə şəhərinin hərbi məhkəməsi 2016-2017-ci illərdə ölkədəki kilsələrdə partlayışlar törətməkdə təqsirli bilinən 17 nəfər barəsində ölüm hökmü çıxarıb.

AZƏRTAC xəbər verir ki, sözügedən cinayət işi üzrə daha 19 müttəhimə ömürlük həbs, 8 nəfərə isə ciddi rejimli koloniyada 15 il azadlıqdan məhrumetmə cəzaları verilib. Bu şəxslər 29 nəfərin həlak olması ilə nəticələnən Qahirədəki Abbasiyə kilsə kompleksində, 27 nəfərin öldüyü Tənta şəhərindəki “Mar Girgis” baş kilsəsində və 18 nəfərin ölümünə səbəb olan İsgəndəriyyə şəhərindəki kilsənin girişində partlayışlar törətməkdə ittiham edilirdi. Bundan başqa, müttəhimlərə qarşı 8 polis əməkdaşının qətlə yetirilməsi ittihamı da irəli sürülmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə