ABŞ-dan İrana sərt mesaj - Qiyamət qopacaq!

“Bu gün açıq şəkildə mesaj verirəm. Sizi izləyirik. Tehran rəhbərliyindən ABŞ-a, vətəndaşlarına və müttəfiqlərinə hər hansı bir ziyan gəldiyi təqdirdə qiyamət qopacaq”. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Trampın Milli Təhlükəsizlik Məsləhətçisi John Bolton deyib.

Belə ki, eyni gündə ABŞ prezidenti Donald Tramp və İran prezidenti Həsən Ruhani Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yığıncağında çıxışlar zamanı dövlət başçılarının hər biri qarşı tərəfi təhdid edib. Tramp İranı sanksiya ilə təhdid edərkən, H.Ruhani isə ABŞ prezidentini zəif intellekti ilə günahlandırıb.

Tramp BMT Baş Assambleyasında çıxışı zamanı İranın nüfuzdan düşən diktatorluğunu tənqid edib. O, İranı dünyada terrorizmin öndə gələn sponsoru olaraq xarakterizə edib və bu ölkənin liderlərini xaos, eyni zamanda dağıdıcı ölüm toxumları əkməkdə günahlandırıb. ABŞ lideri həmçinin İranın sərhəd qonşularına və xalqların suverenlik hüquqlarına hörmət etmədiklərini də deyib.

İranın dünyanı ən təhlükəli silahlarla təhdid etdiyini, "Amerika üçün ölüm" deyərək, İsraili məhv etməyə çalışdığının iddiası ilə çıxış edən Tramp, bu rejimə izin verməyəcəyini deyib.

Müəllif: Minarə Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə