“S-300 raketləri Suriyada müdafiə məqsədi ilə istifadə olunacaq”

Suriya Ərəb Respublikasının xarici işlər və mühacirlərlə iş üzrə nazirinin müavini Fəysal Əl-Miqdəd bəyan edib ki, iki həftə ərzində Rusiyanın onun ölkəsinə göndərəcəyi S-300 zenit-raket kompleksləri müdafiə məqsədi ilə istifadə olunacaq.

Dəməşqdəki Çin səfirliyində ölkənin yaranmasının 69-cu ildönümü ilə bağlı tədbirə qatılan suriyalı dövlət nümayəndəsi jurnalistlərin suallarını cavablandırarkən Rusiyanın İl-20 hərbi təyyarəsinin qəzaya uğramasında İsraili günahlandırıb. O, İsrailin və ABŞ-ın, eləcə də bir sıra Qərb ölkələrinin Suriyaya qarşı qərəzli düşmənçilik mövqe tutduqlarını bildirib.

Siyasətçi Suriyanın bundan sonra da öz suvereniteliyini qoruyacağını bildirməklə yanaşı, Rusiyanın Suriyaya dəstəyini alqışladığını da bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə