Ermənistan Rusiya ilə birgə hərbi təlimlər keçirəcək

Ermənistan oktyabrın 8-dən 12-dək Rusiya ilə birgə hərbi təlimlər keçirəcək. Təlimlər paytaxt Yerevandan 65 km aralıda yerləşən Baqramyan poliqonunda olacaq.

Ermənistanın Müdafiə Nazirliyindən bildirilib ki, məqsəd tabor və alayların şəxsi heyətinin döyüş hazırlığını praktiki yoxlamaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə