Argentina Mərkəzi Bankının rəhbəri istefaya gedib

Argentina Mərkəzi Bankının rəhbəri Lusis Kaputo istefaya gedib. “Report” TASS-a istinadən xəbər verir ki, bu addım Argentina hökuməti ilə Beynəlxalq Valyuta Fondu (BVF) arasında kreditin şərtlərini dəyişdirmək haqqında danışıqlar aparılan zaman baş verib.

L.Kaputo istefasını şəxsi səbəblərlə əlaqələndirib. "Clarin" qəzetinin məlumatına görə, bu ilin iyun ayından Argentina Mərkəzi Bankının rəhbəri vəzifəsində çalışan L.Kaputo BVF ilə yeni saziş nəticəsində ölkədəki maliyyə, fiskal, valyuta şəraitinə etimadın bərpa olunacağı qənaətində olub.

Qeyd edək ki, BVF İcraiyyə Şurası bu ilin iyun ayında milli valyutasının kəskin ucuzlaşdığı Argentinaya üç il müddətinə 50 milyard dollarlıq kreditin verilməsi qərarına gəlmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə