Ukrayna Hərbi Dəniz Qüvvələri sayılacaq dəqiqələrdə həlak olacaq ABŞ MƏTBUATI

“Ukrayna Hərbi Dəniz Qüvvələrinin (HDQ) bazası və gəmiləri Azov dənizindəki mövcudluqlarını sayılacaq dəqiqələrdə itirə bilər”. SİA xəbər verir ki, ABŞ-ın “The Anerican Conservative” dərgisində gedən informasiyanı Rusiyanın “Arqumentı i Faktı” nəşri dərc edib.

Amerika KİV-nə görə, Kiyev öz hərbi-dəniz bazasını Azov dənizində yerlşdirmək istəyir. Lakin yazı müəllifinin fikrincə, əgər Ukrayna ilə Rusiya arasında münaqişə yaranarsa, ukraynalıların gəmiləri və bazaları ani olaraq batırılacaq.

Amerikanın adıçəkilən nəşri Qara dənizin “tarixən Rusiyanın” olduğunu da qeyd edib və sual ünvanlayıb ki, ABŞ-ın HDQ-i Ukraynanı müdafiə məqsədi ilə həmin sulara öz donanmasını göndərə bilərmi?

Xatırladaq ki, Ukrayna Azov dənizindəki hərbi mövcudluğunu gücləndirmək barədə qərar qəbul edib, eləcə də 2018-ci ildə həmin regionda hərbi-dəniz bazasını yaradacağını bəyan edib. Artıq, sözügedən regionda Ukraynanın iki zirehli tankeri – “Lbuna” və “Kremençuq”, eləcə də “Donbas” gəmisi ilə dəniz biksiri olan “Korets” üzməkdədir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə