İran hökuməti Əhvaz şəhərində keçirilən parad zamanı törədilən terror aktı ilə əlaqədar sentyabrın 24-də ölkədə matəm elan edib. SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, terror aktı qurbanlarının dəfn günü İranda milli matəm elan olunub. İran hökuməti terror aktı zamanı ölənlərin ailələrinə başsağlığı verib və xəsarət alanların şəfa diləyib.

Qeyd edək ki, Əhvaz şəhərində keçirilən hərbi parad zamanı terrorçuların mərasim iştirakçılarını atəşə tutması nəticəsində 28 nəfər həlak olub, 60 nəfər isə yaralanıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...