Prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 40-a yaxın seçki məntəqəsi yaradılacaq

Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar xarici ölkələrdə 40-a yaxın seçki məntəqəsi yaradılacaq. SİA-nın məlumatına görə, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi Ana Mikeladze sentyabrın 22-də keçirdiyi brifinqdə söyləyib. Onun sözlərinə görə, xarici ölkələrdə seçki məntəqələrinin yaradılması sentyabrın 28-dək başa çatdırılacaq və onların ünvanları MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək. A.Mikeladze deyib ki, xaricdəki Gürcüstan vətəndaşları səsvermədə iştirak etmək üçün oktyabrın 7-dək olduqları ölkələrdəki konsulluq şöbələrində qeydiyyata düşməlidirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə