Ağ Ev: "ABŞ İran xalqını dəstəkləyir"

ABŞ radikal İslam terroru ilə mübarizədə İran xalqını dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Noyert danışıb. “Əhvazda baş verənlərlə bağlı məlumatımız var. İran xalqına dərin hüznlə başsağlığı veririk”, - Noyert bildirib.

Xatırladaq ki, İranın Əhvaz şəhərində keçirilən hərbi parad zamanı törədilən terror aktı nəticəsində 29 nəfər həlak olub, 60 nəfər isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə