Pakistanda terrorçularla toqquşma 7 nəfər öldü

Pakistanın Əfqanıstanla sərhədində, Şimali Vəziizristan əyalətində terrorçularla toqquşmada ölkənin təhlükəsizlik qüvvələrinin yeddi əməkdaşı, o cümlədən onların komandiri həlak olub. SİA-nın Pakistan mətbuatına istinadən məlumatına görə, sərhədçilər bir qrup terrorçunun Əfqanıstandan Pakistan ərazisinə keçməsi ilə bağlı məlumat aldıqdan dərhal sonra onların zərərsizləşdirilməsi ilə bağlı əməliyyata başlayıb. Məlumatda deyilir ki, atışmada doqquz terrorçu öldürülüb və onların tam zərərsizləşdirilməsi istiqamətində əməliyyat davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə