"Adnan Oktar qadınları saçının dibindən kəsərək alçaldırdı"

Türkiyədə Adnan Oktarın təşkilatı ilə bağlı araşdırma zamanı tutulan və səmimi peşmanlıq hissinə görə azad edilən Ayça Park 30 il ərzində yaşadıqlarını Anadolu Agentliyinə danışıb. O, həbsxanaya girəndən sonra azad olduğunu bildirib: "30 il sonra fiziki, beyin və vicdan olaraq azad oldum. Çünki vicdanımız təsir altında idi. Bizə deyildiyi kimi düşünmək, Qurani-Kərimi bizə deyildiyi kimi şərh etmək məcburiyyətindəydik. Adnan Oktarın A9-da canlı yayımlarını çəkirdim. Orada hər şey Oktarın nəzarətində idi. Hansı dəqiqədə nəyin yayımlanacağı, fasilələrlə bağlı qərarı özü verirdi. Əsas işim onun səhvlərini ört-basdır etmək idi”.

A.Park deyib ki, təşkilat ötən əsrin 90-cı illərinin ortalarından istiqamətini dəyişdi və birinci qrupa "təbliğat qrupu”deyilir: "Adnan Oktar dindar qrupu müşrik adlandırırdı. Özünü ən doğru yolda olan insan kimi müdafiə edirdi. Təşkilatın daixlindəkilər onu təqlid edirdi. Qadınların bəzilərinin üstündə estetik əməliyyatlar edilirdi. Adnan Oktarın istədiyi model var idi, həmin model kimi görünənə qədər botoks kimi əlavə vasitələrlən istifadə edilirdi. Qadınları döyür, söyür, yerdə sürüyür, it təqlidi etmələrini tələb edirdi. Bəzi qadınları saçının dibindən kəsərək alçaldırdı. Əlləri ilə qadınların saçını yolur, yediyi yeməyi başından aşağı tökürdü. O heç bir mövzuda məlumatlı deyildi”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...